Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Evin zindanında həbsdə olan Siyamək Mirzai Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başladığını bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus Siyamək Mirzai yanvar ayının 19-da yaxınları ilə telefon əlaqəsi zamanı yanvarın 20-dən Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başladığını bildirib.

Bundan öncə isə tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani Yusif Kariyə dəstək məqsədil rejimin Ərdəbildə yerləşən zindanında aclıq aksiyasıa başlayıb, bu gündən isə quru aclıq aksiyasına keçdiyini bildirib.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün zindan rəsmisi Sepehri onu öz kabinetinə çağırıb, həmin fəala və başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib. Bu məsələyə və özünün karantin bölməsinə köçürülməsinə etiraz olaraq azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Daha sonra Yusif Kari Ərdəbil zindanının məsullarına xəbərdarlıq edərək bildirmişdi ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək. Artıq Yusif Kari quru aclıq aksiyasına keçib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …