
GADTB: Evin zindanında saxlanılan dörd milli fəal – Abbas Lisanı, Ali Xeyircu, Yusif Karı və Behzad Dəşti həbs olunmalarından beş gün keçməsinə baxmayaraq, onlara qarşı tətbiq edilən zorakılıq nəticəsində yaranan xəsarətlərin qeydə alınması üçün hələ də tibbi ekspertiza idarəsinə göndərilməyiblər.
Fəallar ailələri ilə ayrı-ayrı telefon danışıqlarında bildiriblər ki, bəzi səthi xəsarətlərdə nisbi yaxşılaşma olsa da, şiddətli döyülmə nəticəsində yaranmış göyərmələr hələ də qalır və ağrılar davam edir. Bundan əlavə, Abbas Lisanı və Yusif Karı qeyd ediblər ki, həbsdən beş gün keçməsinə baxmayaraq, tualetdən istifadə zamanı qan gəlməsi davam edir.
Digər tərəfdən, Evində aclıq aksiyasında olan iki nəfər – Vədud Əsədi və Tahir Nəqəvinin ailələri onların səhhətində ciddi problemlər yarandığını bildiriblər. Məlumata görə, aclıq aksiyasının 20-ci günündə olan Vüdud Əsədi dünən bir neçə dəfə zindan xəstəxanasına aparılıb.
Əsədi və Nəqəvi 5 aban 1404-dən etibarən mövcud vəziyyətə etiraz olaraq aclq aksiyasına başlayıblar.
Xatırladaq ki, hazırda Evində saxlanılan Abbas Lisanı, Ali Xeyircu, Yusif Karı və Behzad Dəşti 22 aban 1404-də Tehran Baş Prokuroru Əli Salehi və Övin zindanının rəhbərliyinə ünvanladıqları məktublarda onlara vurulan xəsarətlərin qeydə alınması üçün təcili tibbi ekspertizaya göndərilmələrini tələb etmişdilər.
Fəallar məktublarında qeyd etmişdilər ki, saxlanılma zamanı məmurların geniş şəkildə elektrik şok cihazı və dəyənək tətbiq etməsi nəticəsində bədənlərinin müxtəlif hissələri zədələnib. Məlumata görə:
Abbas Lisanının qabırğaları və boynu zədələnib,
Behzad Dəştinin burnu qırılıb,
Ali Xeyircunun bir dişi sınıb, həmçinin boğazı və boynu zərbələr səbəbilə xəsarət alıb,
Yusif Karının isə bədəninin müxtəlif nahiyələrində kəskin göyərmələr və xəsarətlər yaranıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi