Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində İkinci yeri tutub

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinddən olan azərbaycanlı fotoqrafi Fərzad Acori Rusiya Beynəlxalq Fotoqrafiya Müsabiqəsində “İlin ən yaxşı portreti” nominasiyası ilə ikinci yeri qazanıb.

Keçirilən müsabiqədə 174 ölkədən 112 mindən çox fotoqraf iştirak edib.

Fərzad Acorinin fotosu “35 Mükafat” qlobal müsabiqəsində “2024-cü ilin ən yaxşı portreti” nominasiyasında mükafat qazanmışdır. Bu uğur Əhər və Azərbaycanın qədim incəsənət tarixi üçün çox önəmlidir, çünki “şəhər əhalisinin real həyatı ilə təsvirlərin çəkiliş sənətini birləşdirən” əhəmiyyətli foto əsəri ilk dəfə olaraq əhəmiyyətli dünya arenasında belə bir mövqe qazanmışdır.

Qeyd edək ki, sərgidə mükafat qazanmış fotoşəkillər kitab şəklinə salınaraq nəşr ediləcək. Fərzad Acori konseptual portretində Əhərdə qocaman bir dükançının gündəlik hekayəsini çox simvolik və indiyə qədər gördüklərimizdən fərqli şəkildə şərh edir.

Fərzad Acori tanınmış musiqiçi, səs mühəndisi, fotoqraf və kinorejissordur və iyirmi ildən artıqdır ki, “səs və görüntü” ixtisası sahələrində çalışır.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …