Bazar ertəsi , Avqust 10 2026
azfa

F-35 qırıcıların alınması qətiləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, F-35 qırıcılarının alınması ilə bağlı Ankara və Vaşinqton arasında saziş qüvvədə qalır. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra deyib.

O bildirib ki, ilk F-35 təyyarəsi Türkiyəyə iyun ayının 21-i veriləcək:

“Biz Vaşinqtona bildirdik ki, ABŞ Konqresinin istifadə etdiyi hədə-qorxu dilini qəbul etmirik. Bu, qeyri-konstruktivdir. İlk F-35 təyyarəsi əvvəl planlaşdırıldığı kimi bizə iyunun 21-i veriləcək. Bu mövzuda heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, bundan öncə “Lokid Martin” şirkəti “Türkiyə Cümhuriyyətinə F-35-lərin verilməsi” ilə tədbirini 21 iyun 2018-ci ildə “Fort Vorth”da keçirəcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

ABŞ İranın Hörmüz boğazı ilə bağlı vədlərinə etibar etmir və onları yoxlayacaq

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens şənbə günü bildirib ki, İran ABŞ-a Hörmüz boğazından mümkün …

İsrail İrana qarşı ABŞ-dan müstəqil hərbi əməliyyata hazırlaşır

GADTB: İsrail mediasının məlumatına görə, İsrail ABŞ-ın iştirakı olmadan İran rejiminə qarşı birtərəfli hücumlar həyata …

Bir cavab yazın