Şənbə , Oktyabr 16 2021
azfa

Fars-molla rejimindən Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin daha bir deputatı Azərbaycanı Azərbaycanı hədələyib.  

Fars=molla rejimin parlamentində Semnan əyalətinin deputatı olan Ərdəşir Mütəhhəri öz “Twitter” səhifəsində Türkiyə və Azərbaycanı  təhrikedici hərəkətlərdə ittiham edərək Azərbaycanı hədələyib.

Mütəhhəri sosial şəbəkədə yazıb: “Türkiyə bir macəraya başlayır və Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalı ilə odla oynayır. Eyni zamanda, Azərbaycan Respublikası bu çürük kəndirlə (xilasedici dairə ilə) özünə böyük problemlər yaradır”.

Başqa bir tvitində isə o qeyd edib: “Şimal qonşusunun paytaxtından İran sərhədinin sıfır nöqtəsinə qədər olan məsafə (dostluq çərçivəsindən kənara çıxmaq istəyirsə) İran hərbi qüvvələrinin bir top atəşi qədərdir!” O beləliklə fars-molla rejimin Azərbaycana qarşı düşmənçiliyini nümayiş etdirərək, Azərbaycanı hədələyib.

Həmçinin yoxlayın

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər …

Zəncandan Təbrizə Azərbaycan uğrunda anlamlı dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəngan şəhərində bir qrup azərbaycanlı milli …