Cümə , Oktyabr 16 2026
azfa

Farslar yaşayan səhraları cənnətə çevirən molla rejimi Təbrizi içməli suya həsrət qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi yanaşma ilə farsların yaşadığı çölləri cənnətə çevirən molla rejimi Azərbaycana qarşı müstəmləkə siyasəti Təbrizi içməli suya həsrət qoyub.

Avqustun 1-dən başlayaraq Təbrizin bir çox bölgələrində içməli suların verilməsi dayandırılıb. Hazırda şəhərin 24 məhəlləsində içməli su yoxdur.

“Bu, Su və Kanalizasiya Şirkətinin təbrizlilərin əsəbləri ilə oynamasıdır. Neçə gündür davam edən su qıtlığı  əhalini çətin vəziyyətə salıb”,- Təbrizin “Azərəncümən” saytı belə yazıb.

Yerli fəallar və internet istifadəçiləri problemlə bağlı çoxsaylı paylaşımlar edərək, bu vasitə ilə hakimiyyətin vətəndaşları etiraz aksiyalarına çıxmağa sövq etdiyini bildiriblər. 

Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı,  başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …