Çərşənbə axşamı , Noyabr 30 2021
azfa

“Faynənşl Tayms”: Ərdoğan F-16-ları əldə etməsə başqa variantlara əl atacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə qırıcı axtarışları ilə ABŞ Prezidenti Co Baydenə təzyiq edir.

Bu barədə “Faynənşl Tayms” jurnalının yaydığı analitik məqalədə deyilir.

Yazar Laura Pitel bildirir ki, Ərdoğan Rusiyadan ikinci havadan müdafiə sistemini sifariş etsə də, daha çox F-16-ları əldə etmək istəyir:

“Türkiyənin qırıcı təyyarə problemi var. Onillərdir NATO üzvü olan Ankaraya 100 ədəd F-35 ixracı ləğv edildi. Bu təyyarələr havadan müdafiənin əsasını formalaşdıracaqdı. Vladimir Putindən havadan müdafiə sistemi almağın cəzasıdır bu…

Ən böyük böhran şübhəsiz ki, S-400-lə bağlıdır. Bu vəziyyət Baydeni çətin vəziyyətə salır. Qeyd-şərtsiz Ankaraya F-16 satışı ilə bağlı yaşıl işıq yandırılması Türkiyəni tənqid edənlər tərəfindən birmənalı qarşılanmaz. Digər tərəfdən də F-16 satışı ləğv edildi halda da Ankaranın Rusiya ilə yaxınlaşması üçün yeni bəhanə yaranar”.

Eyni zamanda məqalədə bildirilir ki, Türkiyənin Rusiya ilə daha dərin bağ formalaşdırması da Ankaranın mənafelərinə tam uyğun gəlmir və bu mənada türklərin Çinə yönəlməsi də istisna edilmir.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən …

Rus mediası Türk PUA-larının Rusiya üçün təhlükəli olduğunu etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynanın aldığı türk PUA-larını izləyən Rusiya mətbuatı hər …