Cümə axşamı , Aprel 24 2025
azfa

Fidan: Tramp S-400-lərə görə tətbiq edilən sanksiyalara həll yolu tapa bilər

GADTB: Prezident Donald Tramp Rusiyadan S-400-lərin alınmasına görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara bir həll yolu tapa bilər.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Reuters“ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ABŞ-ın yuxarıda qeyd olunan məsələyə görə, Türkiyəyə tətbiq etdiyi sanksiyalar tarixi anomaliyadır və bu vəziyyət düzəldilməlidir.

Onun sözlərinə görə, Tramp bu məsələdə müsbət dəyişiklik edə bilər: “Tramp yəqin ki, Rusiyadan S-400 almasına görə Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarına həll yolu tapacaq. S-400-lərə görə Türkiyəyə tətbiq edilən sanksiyalara düzəlişlər edilməlidir”.

Hakan Fidan vurğulayıb ki, Trampın həyata keçirə biləcəyi siyasət dəyişikliyi Soyuq Müharibədən sonra ABŞ-dan asılı vəziyyətə düşən Avropa üçün bir fürsət ola bilər.

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …