Çərşənbə axşamı , May 17 2022
azfa

“Foreign Policy”: İranda əhali bilir ki, rejim özünü islah edə bilməz

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Amerikanın “Xarici Əlaqələr Şurası” Beyin Mərkəzinin İran və Yaxın Şərq məsələləri üzrə təhlilçisi Rey Təkeyh yazdığı məqalədə İslam Cümhuriyyətinin siyasəti ilə bağlı məsələlərə toxunub.

Təhlilçi məqaləsində qeyd edir ki, İran köhnə siyasətçiləri təmizləmək, azad seçki iddiasından əl çəkmək və rifah dövlətini aşağılamaqla özünü təhlükəyə atıb və ancaq böyük güclərə münasibətini dəyişməklə hakimiyyətini uzada bilər.

O, Amerikanın “Foreign Policy”nəşrində çıxan məqaləsində habelə bildirib: “Hələ İran prezidenti İbrahim Rəisinin hakimiyyətə gəlməsindən bir neçə ay keçməmiş o, çətin vəziyyətə düşüb. Media təhlilləri onun nüvə proqramı ilə bağlı üsyanlarına diqqət yetirsə də, Rəisi yenə də düşünən beyinlərin ölkədən qaçması və daxildə xalq etirazları ilə üz-üzə qalıb”.

“Əgər İslam Cumhuriyyətinin dini rəhbəri Əli Xamenei və onun ən şövqlü tələbəsi olan Rəisi böyük dünya gücləri qarşısında mühüm dəyişikliklər etməsələr, qorumağa borclu olduqları hakimiyyəti təhlükəyə sala bilərlər”, – deyə o əlavə edib.

Yazarın fikrincə, yanlış edarəetmə, koronavirus və sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub. İranın milli pulu kəskin şəkildə dəyərdən düşüb və ölkədə inflyasiya 40% ətrafında dəyişir.

Qeyd edək ki, İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra yaxın iki il ərzində 8% iqtisadi artım və iki milyona yaxın iş yerinin yaradılacağını vəd edib.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …