Cümə axşamı , May 15 2025
azfa

Fransa KİV-i Türkiyə PUA-larından yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa KİV-i Türkiyə PUA-ları və onların önəmindən yazıb.

Fransanın “Francetvinfo” saytı yazıb ki, Türkiyə “Bayraqdar” PUA-ları ilə ciddi şəkildə gəlir əldə edir.

“Dünyada baş verən müharibələr türk PUA-larının nüfuzunu daha da artırır. Sözügedən PUA-lar Türkiyəni dünyanın bir çox bölgəsində əvəzolunmaz təchizatçı edir. Ukraynada müharibənin ilk günlərində “Bayraqdar TB2”lər Rusiyanın zirehli texnikalarına və ya helikopterlərinə qarşı özünü sübut etdi”, – məlumatda bildirilib.

Sayt eyni zamanda, “Qızıl alma” PUA-sına da toxunub:

“Baykar” şirkəti yeni PUA-lar istehsal etməkdə davam edir. İndi də səsdən sürətli döyüş PUA-sının istehsalına başlayıb. Bu PUA-lar Türkiyə üçün çox mühüm qazanc mənbəyi hesab edilir. Digər tərəfdən, “Bayraqdar TB2” PUA-sının ixracı Türkiyə iqtisadiyyatına təxminən 1 milyard dollar qazandırıb”.

Həmçinin yoxlayın

Qəzvində Milli Ev layihəsinin aldadılmış müştərilər yenidən etiraz aksiyası keçirib

GADTB: Mayın 14-də  Güney Azərbaycanın Qəzvin şəhərində İranın Milli Ev layihəsindən ev almaq üçün Mənzil …

Molla rejimin Urmiyada həbs etdoiyi milli fəal Huşəng Nağızadə zaminə buraxılıb

GADTB: İrqçi fars-molla rejimin məmurlarının mayın 7-də Urmiya şəhərində həbs etdiyi azərbaycanlı milli fəal Huşəng …