Fransa mətbuatı Türk PUA-larının müharibələrin gedişatını dəyişdiyini yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın “Le Monde” qəzeti Türk PUA-larının müharibələrin gedişatını dəyişdiyini yazıb. Qəzet həmçinin yazıb ki, Türkiyə PUA-larına əsasən keçmiş Sovet ölkələrindən tələbat var.

“Baykar” şirkəti tərəfindən istehsal edilən PUA-lar 3 müharibə bölgəsində öz gücünü göstərib. Burada türk PUA-ları tankları, zirehli texnikaları, silah anbarlarını və hava müdafiə sistemlərini vuraraq müharibənin gedişatını dəyişib.

Türkiyə 10 ildən də qısa müddət ərzində ABŞ, İsrail və Çin kimi PUA istehsalçıları arasında yer alıb.

Bu PUA-lar arasında ən çox tələb görən “Bayraqdar-TB2”dir. Çünki bunlar düşmənin yeri ilə bağlı məlumat toplayır, döyüş təyyarələrini hədəfə yönəldir və daşıdığı 4 lazerlə idarə olunan raket sayəsində öz hücumlarını təşkil edə bilir”, – qəzet yazıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Qıbrız Barış Əməliyyatının 50-ci ildönümü və 20 İyul Sülh və Azadlıq Günü münasibətilə tədbirə qatılıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Fransa hərbi təyyarəsi İrəvanın “Zvartnots” hava limanına endi – Video

GADTB: Fransanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə İrəvanda “Zvartnots” hava limanına enib. Hərbi təyyarədə silah-sursatın …