Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Fransa: Türkiyə sistemləri Rusiya və İranın himayəsində olan Suriya rejiminin ordusunu çökdürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin qabaqcıl elektron döyüş sistemləri Əsəd rejiminin Suriyadakı hərbi kommunikasiya infrastrukturunu tamamilə sıradan çıxarıb.

Bu barədə Fransa hərbi kəşfiyyatının yaydığı hesabatda bildirilib.

“Bu əməliyyatlar həmçinin Suriya rejiminin sıx şəkildə istifadə etdiyi Rusiyanın “Arakis” və “Azart” radio sistemlərini zərərsizləşdirərək Türkiyəyə döyüş meydanında strateji üstünlük və regional güc dinamikasını dəyişdirmə potensialı qazandırıb”, – məlumatda qeyd edilib.

Hesabata görə, bu uğurun açarı ASELSAN tərəfindən hazırlanmış sistemlərdir. Bu sistemlər Türkiyəyə elektron müharibə əməliyyatlarında əhəmiyyətli üstünlüklər verir.

Hesabatda vurğulanıb ki, Türkiyə Ukraynada ələ keçirilən Rusiya sistemlərinin təhlili vasitəsilə elektron müharibə imkanlarını genişləndirib. Bu inkişaflar Türkiyəyə öz elektron müharibə texnologiyalarını daha da inkişaf etdirməyə şərait yaradıb.

Bundan əlavə, hesabatda Türkiyənin regional hərbi tarazlığı yenidən formalaşdırmaq potensialı ilə elektron müharibədə artan liderliyi vurğulanır. Türkiyənin müdafiə texnologiyasındakı yenilikçi addımları təkcə Suriyaya təsir etmir, həm də daha geniş bölgəyə strateji təsir göstərmək gücündədir.

Həmçinin yoxlayın

Rejimin etiraz qorxusu: FƏTA polisi etirazları “qızışdıranları” müəyyənləşdirib cəzalandırmaqda vəzifələndirildi

GADTB: İrqçi fars-molla rejimi xalq etirazlarının baş verməsindən ehtiyat edərək müxtəlif tədbirlərə əl atır. İran …

Fransa, Britaniya və ABŞ-ın Hörmüzdə gizli minatəmizləmə əməliyyatı keçirdiyi bildirilir

GADTB: Fransa xüsusi xidmət orqanlarının sözçüsü hesab olunan Intelligence Online nəşri yazıb ki, ABŞ və …