Cümə axşamı , Aprel 30 2026
azfa

Fransa və Səudiyyə İranın dağıdıcı siyasətinə qarşı birgə bəyanat yaydılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Prezidenti Emmanuel Makronun Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salman ilə görüşündən sonra birgə yazılı açıqlama verilib.

Səudiyyə Ərəbistanı və Fransa İranın nüvə proqramını inkişaf etdirməsindən böyük narahatlıqlarını ifadə ediblər.

İki ölkə İranın regionda sabitliyi pozan fəaliyyətlərinə, o cümlədən ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadəyə qarşı mübarizə aparmağın vacibliyini vurğulayıblar.

Fransa İranın nüvə silahı əldə etməsinə və ya inkişaf etdirməsinə icazə verməməkdə qərarlı olduğunu bildirib.

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …