Fransadan Türk PUA-ları ilə bağlı etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa Senatının Müdafiə Komitəsi Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanmasına dair hesabat hazırlayıb.

Bu barədə “Ouest-France” məlumat yayıb.

Fransa parlamentinin Müdafiə Komitəsi tərəfindən hazırlanan hesabatda Türkiyə istehsalı olan PUA-lara xüsusi vurğu edilib.

Hesabatda Fransanın dron müharibəsinə hazır olmasının vacibliyi önə çəkilir.

PUA-lara qarşı mübarizənin də yer aldığı hesabatda ölkədə 2019-cu ildən bu yana müəyyən işlərin görüldüyü və Fransa Silahlı Qüvvələrinin 2025-ci ildə qədər bir neçə min təyyarəsinin (PUA) olacağı bildirilib.

Hesabatda Türkiyə PUA-larının 2020-ci ildəki Qarabağ savaşı deyil, eyni zamanda 2019-cu ilin sentyabrında Liviya müharibəsində və 2020-ci ilin martında Suriyanın şimalındakı əməliyyat daxil olmaqla bir çox sınaqdan çıxdığı, bu müharibələrdə taktiki olaraq dronlardan istifadə edildiyi xatırladılıb.

Qeyd edilib ki, İsrail və Çin kimi Türkiyə də dronların böyük ölçüdə istehsalı və ixracatında mühüm mövqeyə sahibdir.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …