Çərşənbə , İyul 9 2025
azfa

“G7” dövlətləri İrandan gərginliyi azaltmağı tələb edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “G7” dövlətləri İrandan gərginliyi azaltmağı tələb edib. Bu barədə mesajı İtaliya “G7” adından İrana çatdırıb.

 “G7” ölkələri tərəfindən dəstəklənən mesajda İran tərəfi təmkinli olmağa və gərginlikdən çəkinməyə çağırılır. “Prezident Pezeşkianın rəhbərlik etdiyi yeni administrasiyanın və İranın bütün qurumlarının Avropa ilə dialoqa getməsi bizim üçün vacibdir. İtaliya və “G7” ölkələri gərginliyin azaldılması məqsədilə istənilən siyasi və diplomatik fəaliyyətdə iştirak etməyə həmişə hazırdır”, – deyə müraciətdə qeyd olunur.

“G7” və ya Böyük Yeddilik – Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ni birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur. İtaliya 2024-cü ildə G7-yə sədrlik edəcək.

Həmçinin yoxlayın

PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

GADTB: İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək. Bu barədə …

Azərbaycanlı körpə Hayal adına görə 68 gündür doğum haqqında şəhadətnamədən məhrumdur

GADTB: İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi “Hayal” adlı azərbaycanlı körpəyə doğum haqqında …