Cümə axşamı , Sentyabr 24 2026
azfa

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb və davamlı dəstəyin münaqişənin daha da şiddətlənməsinə səbəb ola biləcək “təhlükəli eskalasiya” təşkil edəcəyi haqda xəbərdarlıq ediblər.

BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdən sonra yayılan birgə bəyanatda Birləşmiş Krallıq, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ xarici işlər nazirləri “İranın qınanmalı addəmlarının təhlükəli eskalasiya modelini təşkil etdiyini və münaqişənin daha da genişlənmə riskini göstərdiyini” bildiriblər. Onlar həm də bu addımları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması adlandırıblar.

G7 xarici işlər nazirləri Husi üsyançılarının Səudiyyə Ərəbistanına qarşı “qəbuledilməz hücumlarını” ən sərt şəkildə pisləyib və Yəməndəki vəziyyəti “regional və qlobal təhlükəsizliyə, habelə qlobal enerji təhlükəsizliyinə qəbuledilməz təhdid” hesab etdiklərini bildiriblər.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …