GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Vətən Müharibəsi şəhidlərinin anım mərasimi ilə bağlı bildiriş yayıb. Bildirişdə deyilir:
Azərbaycan əsgəri və şəhidlərimizin böyük igidlik göstərməsi nəticəsində Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar azad edildi.
Azərbaycanımızın müqəddəs vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda 1783 nəfər Azərbaycan əsgəri qəhrəmancasına şəhid olub, 100 çox əsgərimiz isə itkin düşüb. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) şəhidlərimizi sayğı ilə anıb və torpaqlarımızın azadlığını onlara borclu olduğumuzu bildirir.
Xari bülbüllə simvollaşan şəhidlərimiz vətənimiz durduqca yaşayacaq.
Şəhidlər ölməz- vətən bölünməz.
Qarabağ Azərbaycandır!
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı