Cümə , İyun 20 2025
azfa

GADTB başqanı Əjdər Tağızadənin Kəlbəcərin azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Kəlbəcər rayonu və şəhərinin erməni işğalından azad olunması münasibətilə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun xüsusi igidlik göstərməsilə işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə 27 ildir erməni işğalında olan Kəlbəcər rayonu və şəhəri artıq bu gün azad edildi və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərini nəzarəti altına aldı.

GADTB vətənimiz Azərbaycanın bu qələbəsini sevincə qarşılayıb, bu münasibətlə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Ərəb rəsmiləri: Xameneyi sağ qalsa belə, İran rejiminin sağ qalacağı ehtimalı yoxdur

GADTB: “Bloomberg” körfəzindəki mənbələrə istinadən yazır ki, İsrailin zərbələrindən sonra İranda mövcud rejimin sağ qalması …

Bir cavab yazın