Bazar ertəsi , Aprel 22 2024
azfa

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə 8 mart- Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı ünvanlayıb.

Sayın Əjdər bəyin xanımlara təbrik mesajının bir hissəsində deyilir: “Türk xanımı tarix boyu hər zaman böyük sayğı və ehtiramla anılmışdır. Türk xaqanları qadınlarını “O da mənim xanım və bəyim” deyə tanıdarmışlar. Bu da türk xanımının hər zaman yüksək ictimai mövqeyə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı da Türk Dünyası və Azərbaycan ərazisindən tapılan Son Tunc və Erkən Dəmir dövrünə aid yüzlərlə silahlı qadın qəbirləri türk qadınlarının tarixdəki yüksək rolundan xəbər verir. Türk cəmiyyətinin təxminən yarısını təşkil edən xanımlar tarix boyu igid oğullar tərbiyə etməklə yanaşı, həm də türk kişisi ilə çiyin-çiyinə türk cəmiyyətinin inkişafında fəal iştirak etmişdir. Bu gün Güney Azərbaycanın istiqlal mücadiləsində də xanımların çox böyük rolunun olması təsadüfi deyildir.

Türk qadını bu gün Azərbaycan türk millətinin hüquqları və müstəqilliyi uğrunda mübarizə aparmaqla yanaşı İran adlanan yerdə məhdudlaşdırılmış ən adi hüquqlarını əldə etmək uğrunda da mübarizə aparmağa məcbur olmuşdur. Xanımlarımıza bu müqəddəs mücadiləmizdə uğurlar diləməklə, bütün türk qadınlarının, o cümlədən Azərbaycan xanımlarının və işğalçı İran əsarətinə qarşı vətənimizin müstəqilliyi uğrunda mübarizə aparan bütün xanımlarımızı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Əziz xanımlar bayramınız mübarək!

 Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”

Həmçinin yoxlayın

Ermənilər sərhəddə bu əraziləri minalardan təmizləyir

GADTB: Erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha …

Molla rejimi yenidən Azərbaycana qarşı nifrət və qarayaxma kampaniyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi yenidən Azərbaycana qarşı nifrət və …