GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “İranı niyə bağışladıq?” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda müharibə başlayandan İranın Azərbaycana qarşı düşmən münasibəti, Araz kənarına qoşun yeritməsi, lakin Azərbaycanın hazırlıqlı olaraq müqavimət göstərməsi nəticəsində İran rejiminin zahirən geri addım atmasına gətirib çıxarması, eləcə də Aşqabadda EKO çərçivəsində anlaşmalara əl atmalarına gətirib çıxarması və s. məsələlərdən bəhs etmişdir.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: