
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Rusiya Ukraynanı “zəlzələ effektli” bomba ilə vurdu” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Rusiyadan Ukraynanı “zəlzələ effektli” bomba ilə vurması, Putunun 7 mayda andiçmə mərasimi keçirməsi, rusların Qafqazdan çıxmasının böyük əhəmiyyət kəsb etməsi, Rusiyanın Putinlə davam etməsinin mümkünsüz görünməsi, Azərbaycan dövlətinin güclənməsi, Rusiyanın parçalanması başqa dövlətlərin ortaya çıxması ehtimalının olması və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: