
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyinin başqanı sayın Əjdər bəy Tağızadə “Media Turk TV”-də “Zakir Həsənov hərbçilərə tapşırıqlar verdi” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Rusiya və Ukrayna müharibəsində son durum, Ukraynanın səfərbərlik edəcəyi, tezliklə Həmas məsələsinin həll ediləcəyi ilə Putinin istifadə edəcəyi məsələlərin də sona çatacağı, Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazın artıq Türk Dünyasının nüfuzu altında olması, Azərbaycanın Ukraynanı himayə etməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: