
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “Prime TV”-də “Tehranı boşaldın – Netanyahudan hücum anonsu” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Əbülfəz Elçibəyin demokratik yolla molla rejimi sıxışdırdığı və İranın dağılacağını proqnozlaşdırması, molla rejimin cinayətkar olması, vaxtilə Azərbaycana qarşı Ermənistanı hərtərəfli dəstəkləməsi, İsrailin İran televiziyasının binasını vurması, İsrailin əsasən hərbi bazaları vurması, İranın isə yaşayış binalarını vurması, Güney Azərbaycanda müstəqillik uğrunda mübarizənin davam etməi və s. məsələlərdən danışıb.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: