GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “İran geri çəkildi. Bu şəxslər həbs edildi” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında Azərbaycanın öz ərazilərindən Laçında sərhəd buraxılış məntəqəsi qurması, Azərbaycanın öz ərazilərində suverənliyini bərpa etməsi, Ermənistanın basdırdığı minalarla azərbaycanlıların öz həyatını itirməsi, İranın Qumda iki Hüseyniyun üzvünü həbs etməsi barədə məlumatların yayılması, İran Azərbaycanı hədələsə də, onun Azərbaycanı hücuma cəsarətinin çatmaması, molla rejiminin bütün insanlara zülm etməsi, insanları edam etməsi və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: