Bazar ertəsi , İyul 26 2021
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin Əbülfəz Elçibəyin anım günü ilə bağlı mesajı

GADTB: 24 iyun Azərbaycanda xalq hərəkatının lideri, Azərbaycanın ilk demokratik yolla seçilmiş prezidenti Əbülfəz Elçibəyin doğum günüdür.

Görkəmli şəxsiyyət, keçmiş prezident Əbülfəz Elçibəy Azərbaycan Milli Azadlıq Hərəkatının lideri olmaqla yanaşı, Bütov Azərbaycan İdeyasının başında dayanan Quzey və Güney Azərbaycanın milli oyanışı və Bütöv Azərbaycan ideyasının yayılmasında müstəsna xidmətləri olan tarixi şəxsiyyətdir. Onun ən əsas fərqləndirici özəlliyi tam sədaqət və səmimiyyətlə Bütov Azərbaycan İdeyasına qulluq etməsi və Güney Azərbaycanı Bütöv Azərbaycanın və Türk dünyasının açarı kimi səciyyələndirməsi idi.

Müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin davamı olaraq dövlət rəmzlərini müəyyənləşdirən, Azərbaycanın bütövləşməsi uğrunda hərəkatın istiqamətini müəyyən edən Elçibəy Azərbaycan türk millətinin əbədi lideri olaraq qalacaq. “Bütöv Azərbaycanın yolu Təbrizdən keçir” şüarının müəllifi, Güney Azərbaycanın əsarətdən qutulması ideyasını gündəmə gətirən ilk rəsmi şəxs kimi tarixə düşən Elçibəy bütün azərbaycanlıların fikir və düşüncə atası kimi hər zaman qəlblərdə yaşayacaq.

Bu gün bu dahi şəxsiyyətin anım günüdür. Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 iyun 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.  Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın istiqlalı və bütöv Azərbaycanın yaranmasında Elçibəy yolunu və ideyalarını davam etdirir və bu prinsiplərə hər zaman sadiqlik nümayiş etdirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …