GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə “MGTV Türk Dünyasının Sesi”-də “Türkiye, sadece quzeyin değil Güney Azerbaycan’ın da garantörüdür!” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında həmçinin Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş əraziərini bərpa etməkdə davam etməsi, Azərbaycan və Türkiyədə türk millətinin daim bir yerdə olması, Türk Ordusunun həm Azərbaycanın quzeyində həm də güneyində Azərbaycan türklərini daim təhlükədən qoruması, Putinin Türkiyəni Azərbaycandan uzaq görüb Bakıya gəlməsi və s. məsələlərdən danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna baxa bilərsiniz: