Cümə axşamı , Oktyabr 29 2026
azfa

GADTB Beynəlxalq Əlaqələr Departamentinin İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildirişi

GADTB: GADTB Beynəlxalq Əlaqələr Departamenti İran mola rejiminin Azərbaycan və Türkiyəyə qarşı səsləndirdiyi ifadələlərlə bağlı bildiriş yayıb. Bildirişi olduğu kimi təqdim edirik:

İran molla lideri Xameneinin nümayəndəsi və Ərdəbilin imam cüməsi molla Həsən Cəbəl Amelinin satqın məddahların dilindən səsləndirdiyi çirkin sözlər yalnız özlərinə layiq olan ifadələrdir.  Bu çirkin ifadələrin Azərbaycanımızın Fateh Prezidenti və ata yurdumuz Türkiyəyə qarşı səsləndirilməsinin bir səbəbi var – bu da İranın terrorçu molla-fars rejiminin zəifləməsi və dağılmaqda olmasıdır. Molla rejimi bu səbəbdən də hər tərəfə çirkin ləkələr atmaqla öz boşluqlarını ört-basdır etməyə çalışır.

Əlbəttə ki, bu çirkin sözlər və törətdikləri cinayətlərə görə Güney Azərbaycanın istiqlalı dövründə qurulacaq ədalət məhkəməsində cavab verməli və gördükləri cinayətlərə görə cəzalanacaqlar. Tarixi görməyən və ondan dərs almayanlar cəzaya məhkumdurlar.

Biz, Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq, heç zaman Azərbaycan dövləti və millətimizə qarşı belə hərəkətləri bağışlamayacağıq. Bu çirkin əməllərin cavabını mütləq 55 milyon azərbaycanlı, xüsusən 40 milyon Güney Azərbaycan türkü verəcəkdir.

Var olsun Azərbaycanımızın dövləti, başda Qalib və Fateh Prezidentimiz, hörmətli cənab İlham Əliyev!

Hörmətlə,

Mikayıl Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyinin

Beynəlxalq əlaqələr departamentinin sədri

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …