Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta dünya liderlərinə məktubla müraciət ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr Departamentinin sədri, Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) prezidenti sayın Mikayıl bəy Oyta İsrail-İran müharibəsi və Güney Azərbaycan reallıqları ilə bağlı Birləşmiş Millətlər Təşkilatı və dünya liderlərinə məktubla müraciət edib.

Məktubun bir hissəsində yazılıb:

İran kimi tanınan ölkədə cərəyan edən cari hadisələr və bölgədə artan gərginlik fonunda biz, 40 milyonluq Güney Azərbaycan Türk Millətinin nümayəndələri, beynəlxalq ictimaiyyətə, Birləşmiş Millətlər Təşkilatına və müxtəlif dövlət liderlərinə müraciət edirik.

İranın hakim molla rejimi təkcə öz vətəndaşları üçün təhlükə deyil, həm də regionda sabitliyi pozan qüvvəyə çevrilib. Bu qeyri-demokratik rejim terroru dəstəkləyir, insan hüquqlarını pozur, münaqişələrə, müharibələrə qızışdırır. Biz Güney Azərbaycan Türkləri olaraq bu rejimə qarşı müqavimətimizi davam etdirir və milli haqlarımızın – Güney Azərbaycanın müstəqilliyi və Güney Azərbaycan Respublikasının qurulması da daxil olmaqla əzmkarlığımızı davam etdiririk.

Bu kritik və tarixi məqamda biz bütün dünya ölkələrini, xüsusən də demokratik Qərb dövlətlərini azadlıq və müstəqillik uğrunda milli mübarizəmizi tanımağa və dəstəkləməyə çağırırıq…

Yaşasın Güney Azərbaycanın azadlıq mübarizəsi! Yaşasın Güney Azərbaycan Respublikası!

Hörmətlə, Michael Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Beynəlxalq Əlaqələr Departamentinin sədri

Sayın Mikayil bəyin məktubunun tam mətinini ingiliscə oxuya bilərsiniz:

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …