Cümə , Aprel 26 2024
azfa

GADTB-nin Əl-Əhvazda ərəblərin fars müstəmləkəçiliyinə qarşı üsyanı barədə bildirişi

GADTB: Əl-Əhvazda ərəblər son günlər yenə irqçi və işğalçı fars rejiminin müstəmləkə siyasətinə qarşı üsyana başlayaraq, öz azadlığı və müstəqilliyi uğrunda küçələrə axışıb. Sözsüz ki, Əl-Əhvazda ərəblər ayrı-seçkiliyin nəticələrindən biri olan hazırkı su problemini stimullaşdırıcı amil kimi nəzərə alıb öz azadlığı uğrunda küçələrə axışmasına təkcə sadə su üçün etiraz kimi baxmaq düzgün olmaz. Bu haqlı etirazlar qeyri-fars millətlərin öz azadlığı və müstəqilliyi uğrunda mübarizəni və kütləvi etirazları simvolizə edir.

Bu gün təkcə etiraza səbəb olan problemlər Əl-Əhvazda deyil, irqçi fars rejimin işğalı altında olan bütün qeyri-fars ərazilərində yüz ildir mövcuddur. Bu problem də irqçi və işğalçı fars rejiminin qeyri-fars millətlərə qarşı işğalçılıq və müstəmləkə siyasətinin nəticəsidir. Əgər bu təkcə su problemidirsə, nə üçün İran rejimi dinc etiraz aksiyası keçirən insanlara qarşı birbaşa atəş əmri verib, onları qətliam edir? Sözsüz ki, bu gün su istəyən azadlığını və mütəqilliyini də istəyir. Bu gün ərəblər təkcə öz hüquqları və azadlıqları uğrunda mübarizə aparmır, həm də Azərbaycan türkü, bəluçlar, türkmənlər və başqa qeyr-farslar öz müstəqilliyi uğrunda mübarizə aparır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) ərəblərin öz hüquq, azadlıq və müstəqilliyi uğrunda apardığı haqlı mübarizə və etirazlarını dəstəkləyir və bildirir ki, cinayətkar və terrorçu fars rejimi dinc aksiya keçirən insanları atəşə tutmaqla işğal və müstəmləkəyə məruz qalmış ərəblərin və ümumiyyətlə qeyri-fars millətlərin iradəsini sındıra bilməyəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi başqanı

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …