Bazar , Sentyabr 19 2021
azfa

GADTB-nin 12 Şəhrivər Müraciətinin ildönümü ilə bağlı bildirişi

GADTB: İrqçi fars rejimin Güney Azərbaycanı çevrilişlə işğal etməsindən bu yanada Azərbaycan Türk Milləti Azərbaycanda dəfələrlə öz istiqlalını bərpa etmək üçün böyük hərəkatlara başlamışdır. 21 Azər Hərəkatı da Azərbaycan Türk Millətinin müasir dövrdə azadlığı və dövlətçiliyi üçün başlatdığı ən böyük hərəkat idi.

Azərbaycan Milli Hökumətinin qurulması istiqamətində isə 1945-ci ildə Güney Azərbaycanda S.C.Pişəvərinin başçılığı ilə Azərbaycan Dmokrat Firqəsi yaradıldı. Azərbaycan Dmokrat Firqəsi isə 1945-ci il şəhrivər ayının 12-də (3 sentyabrda) 12 Şəhrivər Müraciətini yaymaqla həmin dövrün ictimai-siyası şəraitinə uyğun olaraq yenicə işğal və zülmə məruz qalmış Azərbaycan Türk Millətinin müasir dövrdə yeni dövlətçiliyinin əsaslarını qoymağı qarşıya məqsəd qoydular.

Yaradılan Azərbaycan Milli Hökuməti Şərq və Qərb bloklarının sovdalaşması və fars şovinizminə yardım etmələri nəticəsində yenidən Güney Azərbaycan İran rejimi tərəfindən işğal edildi. İrqçi farslar Güney Azərbaycanda türk millətinə qarşı dəhşətli soyqırım törətsələr də Azərbaycan Türk Millətinin iradəsini sındıra bilməmişlər və bu gün Azərbaycan Milli Hərəkatı daha güclü və geniş şəkildə Azərbaycan Türk Millətinin müstəqilliyi və azadlığı uğrunda çalışmaqdadır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Türk Millətini Güney Azərbaycanda dövlətçiliyimizi bərpa etmək üçün birliyə və müstəqilliyi əsas qayəsinə çevirmiş GADTB-nin ətrafında birləşməyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəallar …

Rus gəmilərin Bakıda “Mehtər” marşı ilə qarşılanması…

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi – “Astraxan” …