Çərşənbə axşamı , Aprel 23 2024
azfa

GADTB-nin 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə bildirişi

GADTB: Qədim dövlətçilik tarixi və ənənəsinə malik olan Azərbaycan Türk Milləti dünyanın imperialist dövlətlərinin fitnəkarlığı nəticəsində parçalanaraq bir hissəsi rus, bir hissəsi isə irqçi farsların əsarətinə düşmüşdü. Lakin dahi Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə 1918-ci il may ayının 28-də Azərbaycanın dövlətçilik ənənələri müasir və modern cümhuriyyət formasında bərpa edilmişdir. Rus müstəmləkəçiləri 23 ay sonra Azərbaycanı yenidən işğal etməklə 70 il müddətinə Azərbaycanın müstəqilliyinə xələl gətirdilər. Buna baxmayaraq Azərbaycan Türk Millətinin müstəqillik əzmini qıra bilmədilər. Sovet İttifaqının çürüməsi Quzey Azərbaycanda Azərbaycan Türk millətinin müstəqillik mübarizəsini gücləndirdi və Azərbaycan türk milləti XX yüzillikdə ikinci dəfə müstəqilliyini bərpa etdi.

Azərbaycan Türk Millətinin müstəqilliyini bərpaetmə uğrunda mübarizəsinin davamında Azərbaycan Respublikasının Ali Sovetinin 1991-ci ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da referendum keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan Türk Milləti yekdilliklə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Hələ müstəqilliyin bərpasından aylar əvvəl Cümhuriyyətin üçrəngli bayrağı dövlət bayrağı elan edilmiş, 1992-ci ilin mayında Azərbaycan Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), 1993-cü ildə isə içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi. 1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

Artıq dünya azərbaycanlılarının yeganə müstəqil dövləti olan Azərbaycan Respublikası güclənərək  işğalda olan ərazilərini erməni işğalından azad etmişdir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan Türk Millətini və dünya türklərini təbrik edir, Güney Azərbaycanın da öz müstəqilliyini bərpa etməsinə və Azərbaycan Respublikası ilə birlikdə Bütöv Azərbaycanın qurulacağına inanır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …