Şənbə , Aprel 27 2024
azfa

GADTB-nin Azərbaycan Milli Hərəkatının ağsaqqallarından Pərviz Siyabiyə qarşı İranın 16 il həbs cəzası ilə bağlı bildirişi

GADTB: İranın molla rejiminin Ərdəbildə yerləşən məhkəməsi tanınmış azərbaycanlı hüquqşünas və Azərbaycan Milli Hərəkatının ağsaqqal fəallarından Pərviz Siyabini saxta ittihamlarla 16 il həbs cəzasına məhkum etməsi xəbəri bir daha bu rejimin Azərbaycan Türk Millətinin qanlı düşməni olduğunu açıq şəkildə göstərdi.

İrqçi fars-molla rejimi Azərbaycan Milli Hərəkatının tanınmış fəallarını, o cümlədən Abbas Lisani, başqa fəallar və indi isə Pərviz Siyabini saxta ittihamlarla 16 il həbsə məhkum etməsi bu irqçi rejimin Azərbaycan Türk Milləti Arasında qorxu yaratma taktikasından xəbər verir. İranın fars-molla rejimi açıq şəkildə Azərbaycan Türk Millətinə qarşı elan olunmamış bir müharibəyə davam edir.

İranın şovinist və irticaçı molla rejimi Azərbaycanın güneyində- Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Kərəc və başqa şəhərlərimizdə Azərbaycan türk millətinin dili və milli hüquqları uğrunda fəaliyyət göstərən yüzlərlə fəalımızı həbs edib, onları təzyiq və işgəncə altında saxlayır.

Pərviz bəy Siyabi və yüzlərlə azərbaycanlı fəal fars zülmü və müstəmləkəçiliyinə məruz qalmış Azərbaycan Türk Millətinin hüquqları uğrunda fəaliyyət göstərdiklərinə görə həbs, işgəncə və təzyiqlərlə qarşılaşmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İran rejimi tərəfindən represiya, həbs və işgəncələrə məruz qalmış millətimizin  bütün mübariz insanlarının yanındadır və onları dəstəkləyir. İran rejiminin Pərviz Siyabi və başqa azərbaycanlı fəallara qarşı bu haqsız həbs qərarlarını qətiyyətlə pisləyir və Azərbaycan Türk Millətinə qarşı törədilən bu cinayətlərdə birbaşa İran rejiminin məsuliyyət daşıdığını bildiririk. İnanırıq ki, fars-molla rejiminin bu qeyri-insni hərəkətləri Azərbaycan Milli Hərəkatı mübarizlərinin iradəsini və mübarizə əzmini daha da gücləndirəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …