Şənbə , Aprel 20 2024
azfa

GADTB-nin Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin doğum günü münasibətilə bildirişi

GADTB: 31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi, böyük türkçü, dövlət və ictimai xadim, siyasətçi və publisist, Azərbaycan türk millətinin dahi öndəri Məhəmməd Əmin bəy Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

M.Ə.Rəsulzadə 1918-ci il, mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biridir. Türk dünyasında ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsinə və Qızıl Ordunun Azərbaycanı işğal etməsi nəticəsində süquta uğramasına baxmayaraq, M.Ə.Rəsulzadənin qurduğu demokratik Azərbaycan dövləti insanlara çox böyük hüquq və azadlıqlar vermişdi. İnsanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti hələ Qərbdə belə qadınların seçmək və seçilmək hüququ olmadığı bir vaxtda qadınlara bu hüququ vermişdi. Azərbaycanda ilk universitetin, ordunun, donanmanın əsası məhz bu dövrdə qoyulmuşdur.

M.Ə.Rəsulzadə 1918-ci ildə Fətəli xan Xoylu ilə birgə Azərbayacan Xalq Cümhuriyyətini qurmaqla müasir dövlət formasında Azərbaycan dövlətçiliyinin əsasını qoymuşdur. Bugünkü Azərbaycan Respublikası M.Ə.Rəsulzadənin idealları və Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli bayrağı ilə Azərbaycan dövlətçiliyini davam etdirməkdədir

Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan türk millətinin çoxəsirlik dövlətçilik tarixinin parlamentli cümhuriyyət formasında müasir dövrdə davamı olmuşdur. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) müstəqil Azərbaycan Respublikasını M.Ə.Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi təkcə quzeyli soydaşlarımızın deyil, bütün dünya azərbaycanlılarının dövləti hesab edir. Bu dövlət Güney Azərbaycanda müstəqil Azərbaycan dövlətinin və ümumiyyətlə Bütöv Azərbaycanın yaranması üçün dayaq nöqtəsi, ideya qaynağıdır. GADTB Azərbaycanın güneyinin milli qurtuluşunu yalnız və yalnız istiqlal və cümhuriyyət idarə üsulunda görüb, Azərbaycan Xalq Cümhuriyətini özünə nümunə  hesab edir və M.Ə.Rəsulzadənin türkçülük ideallarına sədaqətlə Güney Azərbaycanın müstəqilliyi və Bötüv Azərbaycanın yaranması uğrunda fəaliyyət göstərməyi özünə şərəf bilir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …