Şənbə , Aprel 20 2024
azfa

GADTB-nin Azərbaycanın müəllimləri, təqaüdçüləeri, işçiləri və s. siniflərinə aid insanların etirazına dəstək bildirişi

GADTB: Bu gün Güney Azərbaycanı işğal etmiş irqçi fars-molla rejimi təkcə Güney Azərbaycanı işğalla yetinməyib, həmçinin Azərbaycan Türk Millətinin bütün sərvətlərini talamaq və Güney Azərbaycanı müstəmləkəı etməklə yanaşı, azərbaycanlı müəllimləri, təqaüdçüləri, işçiləri və ümumiyyətlə Güney Azərbaycanda yaşayan bütün türk millətini müstəmləkə etmişdir. Bunun nəticəsində Güney Azərbaycanda yaşayan müəllim, təqaüdçü, işçi və əhalinin s. sinifləri farslarla müqayisədə daha acınacaqlı vəziyyətdədir.

Azərbaycanlı işçilər, təqaüdçülər və müəllimlər haqlı olaraq günlərdir İranın fars-molla rejiminə etiraz edir. Xüsusilə son günlər təqaüdçülər Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində kütləvi etiraz aksiyası keçirərək, “And ola Səttarxana biz gələrik Tehrana” şüarı səsləndirməklə işğalçı fars-molla rejiminə xüsusi mesaj vermişlər.

Kimsəyə sirr deyil ki, molla rejimi onsuz da yoxsul vəziyyətə saldığı əhalinin sərvətlərini talamaqla yetinməyib, həm də onların cibinə girməklə xaricdə bəslədiyi terrorçu qruplarını maliyyələşdirir. Bundan əlavə azərbaycanlı təqaüdçülər, müəllimlər və işçilər isə həm də azərbaycanlı olduqları üçün ayrıseçkiliyə məruz qalıblar və bunun nəticəsində onların məişət vəziyyətləri daha acınacaqlıdır. Sözsüz ki, bunların əsas həll yolu Güney Azərbaycanın öz müstəqilliyini əldə etməsindən keçir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycanın təqaüdçüləri, müəllimləri, işçiləri və ümumiyyətlə bütün siniflərinin haqlı etirazını dəsytəkləyir. Kimsəyə sirr deyil ki, onların vəziyyətinin ağır olması həm də Azərbaycanın İranın fars molla rejiminin işğalında olması ilə bağlıdır. GADTB vətənimiz Azərbaycanın bütün təqaüdçüləri, müəllimləri, işçiləri və bütün siniflərinə özlərinin əmək haqqı və hüquqları ilə bağlı mübarizə aparması ilə yanaşı əsas məsələ, yəni müstəqil Güney Azərbaycanın vətəndaşı olmaq və bütün hüquqlara malik olmaq uğrunda da mübarizəni diqqətdə saxlamağa çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …

Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb

GADTB: Dünən Sulduzda kürd terrorçuların törətdiyi soyqırım qurbanlarının xatirəsi anılıb. Güney Azərbaycan Mili Hərəkatının fəallarından …