Cümə axşamı , Avqust 20 2026
azfa

GADTB-nin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə bağlı bildirişi

GADTB: Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Azərbaycan səfirliyinə edilən terror hücumunda səfirliyin mühafizə birliyinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş isə yaralanıb.

İran adlanan yerdə Azərbaycan səfirliyinə törədilən həmin terror aktı sözsüz ki, İranın fars-molla rejiminin xeyir-duası ilə törədilən terror əməlidir. Molla rejimi dəfələrlə Araz kənarına qoşun yeridib, heç bir şeyə nail olmadığı üçün, artıq terror əməlinə əl atıb və Azərbaycan səfirliyinə qarşı bu rəzil hərəkəti planlaşdırıb həyata keçirib.

İran adlanan yerdə aylarla keçirilən etiraz aksiyaları sübut etdi ki, sivil əhalidə silah yoxdur və molla rejimi əhalidə silah tapa bilmədi. İndi isə Azərbaycan səfirliyinə qarşı kalaşnikovla terror əməli yalnız rejimin aidiyyatı orqanları vasitəsilə planlaşdırılıb həyata keçirilə bilər.

Eyni zamanda bütün ölkələr diplomatik korpusların təhlükəsizliyini təmin etməlidir. İran da bu məsələdə istisna deyil və Azərbaycan səfriliyinə qarşı törədilən terror aktının məsuliyyəti İran dövlətinin üzərinə düşür.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan səfirliyinə qarşı törədilən bu terror aktını kəskin şəkildə pisləyib və İranın bu iyrənc əmələ görə görə məsuliyyət daşıdığını bildirir. Molla rejimi unutmamalıdı ki, Güney Azərbaycanda 40 molyon Azərbaycan türkü molla rejiminin bu terror əməli və cinayətini unutmayacaq və gec-tez bu terror əməlinə görə cavab verməli olacaqlar.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …