GADTB: İrqçi fars-molla rejimi dünya müstəmləkəçilərinin təşkilatçılığı ilə Qacar Türk Hakimiyyətini qəsb edəndən bu yana müxtəlif formalarda Azərbaycan Türk Millətinə qarşı soyqırım, represiya, həbs və s. zülmlərdən çəkinməyib. Molla rejimi Azərbaycanın güneyində- Təbriz, Ərdəbil, Urmiya, Kərəc, Tehran və başqa şəhərlərimizdə Azərbaycan türk millətinin dili və milli hüquqları uğrunda fəaliyyət göstərən çox sayda fəalımızı şərləyərək, onları xarici şəxslərlə əlaqə saxlamaqda günahlandırıb və həbs edib.
İrqçi fars-molla rejimini tanıyanlar yaxşı bilir ki, ancaq irqçi və irticaçı molla rejimi ətraf ölkələrdə terrorçu qruplar formalaşdırıb və onları hərtərəfli dəstəkləyir. Molla rejimi hətta Azərbaycan Respublikasında belə özünə böyük casus şəbəkəsi yadıb və onlar davamlı olaraq Azərbaycan dövləti tərəfindən ifşa edilir. Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatı isə tam müstəqil və heç yerə bağlı olmayan bir hərəkat kimi özünü sübut etmişdir. Lakin özü eybəcər, rəzil olan molla rejimi öz eybəcərliyi əsasında Azərbaycan Milli Hərəkatını şərləməyi qarşıya məqsəd qoyub. Ancaq irticaçı molla rejimin bu fitnəkarlığı da nəticə verməyəcək. Çünki, Güney Azərbaycandakı milli hərəkat tamamilə müstəqildir və heç zaman hətta dost ölkələrdən belə yardım görməyib.
Bütün çətinliklərə rəğmən hər bir azərbaycanlı fəal Azərbaycanın işğalda olan Güney Azərbaycan hissəsində bu gün təkcə millətimizin milli-mədəni hüquqları uğrunda deyil, hətta adi insan haqları, qadın haqları və zülmə məruz qalmış insanların hüquqlarını qorumaq istəyən Azərbaycanın türk fəalları da irticaçı fars molla rejiminin təqib, təzyiq və həbslərinə məruz qalırlar. Azərbaycan Türk Millətinin Güney Azərbaycanda mübarizəsi tam beynəlxalq hüququn qaydalarına uyğun olaraq davam edir və ıtrafdakı kürd və s. xalqların terrorçu qrupları kimi xarici qüvvələr tərəfindən himayə edilmir. Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatı alnı açıq və üzüağdır və hamı da bu hərəkatın necə molla rejimin zülmünə məruz qaldığını yaxşı bilir.
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İran rejimi tərəfindən şərləmə və represiyalara məruz qalmış millətimizin bütün mübariz insanlarının yanındadır və onları dəstəkləyir. Bu mübariz və ədalət uğrunda fəliyyət göstərən milli fəalların fədakarlıqlarını görməzdən gəlmək haqqsızlıq olardı. İrqçi-fars molla rejiminin zülmünə məruz qalmış mübarizlərmizin və hər kimsənin hüquqlarını müdafiə etməyi Azərbaycan Milli Hərəkatının əsas funksiyalarından biri hesab edirik.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı