GADTB-nin İran rejiminin həbs və represiyalarına məruz qalan fəalları himayə zərurəti barədə bildirişi

GADTB: İranın şovinist və irticaçı molla rejimi Azərbaycanın güneyində- Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Qəzvin, Kərəc və başqa şəhərlərimizdə Azərbaycan türk millətinin dili və milli hüquqları uğrunda fəaliyyət göstərən yüzlərlə fəalımızı həbs edib, onları təzyiq və işgəncə altında saxlayır.

Bu gün təkcə millətimizin milli-mədəni hüquqları uğrunda deyil, hətta adi insan haqları, qadın haqları və zülmə məruz qalmış insanların hüquqlarını qorumaq istəyən Azərbaycanın türk fəalları da irticaçı fars molla rejiminin təqib, təzyiq və həbslərinə məruz qalırlar. Yüzlərlə azərbaycanlı təcavüzkar Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə, guya özünü müsəlmanların himəyadarı adlandıran ermənipərəst molla rejimi tərəfindən həbs və işgəncələrə məruz qoyulmuşdur. Hətta XXI əsrdə Çin kommunist rejiminin soyqırıma məruz qoyduğu Uyğur türklərinin hüququnu müdafiə edən fəallarımızı da işgəncələrə və həbslərə məruz qoyurlar. Bir sözlə İranın irticaçı molla rejimi bütün insani və mənəvi dəyərlər, haqq-ədalət və milli hüquqlar uğrunda fəaliyyət göstərən insanlara qənim kəsilmişdir. Azərbaycanın yüzlərlə, minlərlə igid oğul və qızları, o cümlədən Abbas Lisani, Siyamək Mİrzayi, Yusif Kari, Vasiqi qardaşları, Həkimə Əhmədi, Lətif Həsəni və yüzlərlə azərbaycanlı fəal fars zülmü və müstəmləkəçiliyinə məruz qalmış Azərbaycan türk millətinin hüquqları uğrunda fəaliyyət göstərdiklərinə görə həbs, işgəncə və təzyiqlərlə qarşılaşmışdır.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İran rejimi tərəfindən represiyalara məruz qalmış millətimizin  bütün mübariz insanlarının yanındadır və onları dəstəkləyir. Bu mübariz və ədalət uğrunda fəliyyət göstərən milli fəalların fədakarlıqlarını görməzdən gəlmək haqqsızlıq olardı. İrqçi-fars molla rejiminin zülmünə məruz qalmış mübarizlərmizin və hər kimsənin hüquqlarını müdafiə etməyi Azərbaycan Milli Hərəkatının əsas funksiyalarından biri  hesab edirik.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …