Cümə axşamı , Aprel 18 2024
azfa

GADTB-nin İranın Azərbaycana qarşı açıq düşmənçiliklə Araz boyunca ordu yeritməsi barədə bildirişi

GADTB: İran-fars molla rejimi uzun illər mahiyyətini gizlətsə də, müəyyən məsələlərdə öz iç üzünü gizlədə bilməyib və tam şəkildə öz mahiyyətini açmışdır. Azərbaycan və türk milləti ilə düşmən mövqeyini də zaman-zaman Xocalı şiələrinin soyqırımının anım mərasimində azərbaycanlı gənclərə Təbriz və başqa Azərbaycan şəhərlərində divan tutub, erməniləri Türkiyə və Azərbaycana qaraşı 24 apreldə təşkilatlandırıb mitinqə çıxartmaqla büruzə vermişdir. II Qarabağ müharibəsində və ondan sonra isə Azərbaycanın erməni işğalçılarını məğlub edib, öz ərazilərini azad etməsi ermənini şiəyə qarşı dəstəkləyən İranı elə özündən çıxartmışdır ki, artıq hikkəsindən daha öz içüzünü gizlədə bilmir.

Fars-molla rejiminin qısa tarixinə nəzər salanda görürük ki, müsəlman qeyri-fars millətləri məhvə uğratmaqda əlindən gələn heç nəyi əsirgəmir. İran-İraq savaşında ərəblərin yaşadığı əl-Əhvaz bölgəsi ilə İraqın ərəblər yaşayan bölgələrini xarabalığa çevirməsi kimsənin yadından çıxmayıb.

Azərbaycan və Türkiyə başçıları da İranın fars-molla rejiminin içüzünü və mahiyyətini düzgün dəyərləndirməli və bu anti-türk rejimin Azərbaycan və Türkiyədə din pərdəsi altında yetişdirdiyi 5-cı kalon və əlaltıları vasitəsilə hər növ fitnəkarlığının qarşısını almaqda diqqətli olmalıdırlar. Heç bir dini və insanı dəyər tanımayan irqçi fars-molla rejimi fars mənafeyi üçün bütün islam dünyasını və hətta bütün bəşəriyyəti qurban verəcək qədər mənəviyyatsız bir rejimdir. İslam İnqilabı Mühafizəçiləri Korpusu adı altında bu rejimin terror qruplaşması olan Sepah təsadüfi deyildir ki, Azərbaycanın quzeyi ilə güneyi arasında süni şəkildə inciklik yaratmaq məqsədilə Azərbaycana qarşı ermənilərə yardımını bir tikə çörək üçün işləyən sadə azərbaycanlı sürücülər vasitəsilə daşıyır. Xamenei elə həmin iyrənc taktikaları ilə sırf Güney Azərbaycanın Ərdəbil bölgəsindəki nümayəndəsi Amolini Azərbaycana qarşı hürdürür. Bu mənəviyyatsız rejim hətta Azərbaycan türk millətinin kökünü kəsmək üçün təkcə yolu Azərbaycan və Türkiyə ilə müharibədə görsə, ona da gedər. Rejim Bakını, Gəncəni, Naxçıvanı xarabalığa çevirməyi ürəyindən keçirdiyi kimi Təbrizi, Ərdəbili, Urmunu və bütün güneyli-quzeyli Azərbaycanı xarabalığa çevirməyi özünə ikiqat qazanc hesab edər. Ona görə də İranın fars-molla rejiminin içüzünü və mahiyyətini düzgün anlamalı və dostla düşməni ayırd etməyin vaxtıdır. İrqçi fars-molla rejiminin Azərbaycan türkü arasında ixtilafsalma taktikasına da uymamaq və və rejimin bu iyrənc taktikasını zərərsizləşdirmək hər bir Azərbaycan türkünün vəzifəsidir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan və Türkiyəni, eləcə də türk millətini İranın fars-molla rejiminin antitürk və düşmən xislətini düzgün dəyərləndirməyə çağırıb, fars-molla rejimini də bundan artıq iyrənclik edib, Azərbaycanla düşmənçilik etməməsi üçün uyarırıq. Fars-molla rejimi unutmasın ki, cızığından çıxıb Azərbaycana qarşı hər hansı iyrənc niyyətdə bulunsa bütün Güney Azərbaycanı öz qarşısında görəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Kürd terrorçuları Urmiyada “Yaşasın Azərbaycan!” deyən azərbaycanlı gəncə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya şəhərində futzal oyunları üzrə keçirilən Ramazan Kuboku …

Azərbaycanlı fəal Kərim Fəyyaz yol qəzasında həyatını itirib

GADTB: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərnin sakini olan azərbaycanlı milli fəal Kərim Fəyyaz Ərədbil-Astara arasında …