
GADTB: Son günlər İranın Ermənistana silah satışına dair 500 milyon dollarlıq müqviləsinin ifşası bir daha irqçi fars-molla rejimin anti-Azərbaycan movqeyinin dəyişmədiyi və əksinə daha kəskinləşdiyini ortaya qoydu. Sözsüz ki, İranın bu addımı Azərbaycanın varlığını hədəf alıb və qətiyyən gözardı edilə bilməz. İrqçi fars-molla rejim bir tərəfdən Hindistana Ermənistanı müxtəlif silahlarla təchiz etməsinə dəhliz yaradır, digər tərəfdən də müxtəlif Şahid PUA-larını, raketlər və hava hücumundan müdafiə sistemlərini Ermənistana verməklə bu təcavüzkar ölkəni Azərbaycanla yeni müharibəyə sövq edir.
İrqçi fars-molla rejimi gizli şəkildə Azərbaycanla düşmənçilik etməklə eyni vaxtda Azərbaycandan olan öz yetirməsi olan Məsud Pezeşkianın prezident olmasına şərait yaratmaq, eləcə də özünü yalandan Azərbaycana dost göstərməklə gözdən pərdə asıb və sadə insanları aldatmağa çalışır. Unutmamaq lazımdır ki, İranın irqçi fars-molla rejimi Azərbaycan və türk düşmənidir. Bu rejim insanlığa, haqqa, demokratiyaya düşməndir.
İranın II Qarabağ müharibəsi və Azərbaycanın öz ərazilərini azad etməsi ilə Qafanda özünə konsulluq açması, hazırda isə təcavüzkar Ermənistanı müxtəlif silahlarla təchiz etməsi və s. belə addımları birbaşa Azərbaycanın varlığı və dövlətçiliyini hədəf alıb. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İranın irqçi fars-molla rejiminin bu hərəkət və əməllərini kəskin şəkildə pisləyir. Biz güneylilər olaraq daim Azərbaycan dövlətinin yanındayıq və heç zaman molla rejimin oyunlarına inanmayıb və İranın irqçi fars-molla rejiminin anti-Azərbaycan və anti-türk mahiyyətini yaxşı bilib və ona aldanmır.
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi