GADTB-nin İranın Qaraqışlaqda əhalinin haqlı etirazlarını vəhşicəsinə yatırması ilə bağlı bildirişi

GADTB: Güney Azərbaycanı işğal və müstəmləkə etmiş irqçi fars-molla rejimi Azərbaycan Türk Millətinə öz doğma yurdunda yaşamağa da heç bir haqq-hüquq tanımaq istəmir. Urmiya gölünü qəsdən qurudub, Azərbaycanı xarabaya çevirən molla rejiminin Qaraqışlaq kəndində duz zavodu tikməklə sırf müstəmləkəçilik və Azərbaycanın sərvətlərinin hətta əhalinin canı bahasına talamaq məqsədinin qəti olduğunu bir daha sübut etməkdədir.

İrqçi və işğalçı fars-molla rejimi o qədər rəzalət və vəhşiliyə yuvarlanıb ki, öz yaşam haqqı uğrunda etiraza qalxmış milləti təcavüzlə hədələyir. Bu isə irqçi fars-molla rejiminin Azərbaycan Türk Millətini məhv etmək uğrunda heç bir etik və insanı norma və sınır tanımadığını göstərməkdədir. Bu irqçi fars-molla rejimin Azərbaycan Türk Millətinə qarşı açıq savaşıdır.

Molla rejimin Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndində əhalinin yaşamasına ciddi təhlükə yaradan duz zavodunu tikilməsi, əhalinin buna haqlı etirazına divan tutub, 70 nəfərdən artıq kişi, qadın və hətta yaşlıları həbs edib, onları təcavüzlə hədələməsi əlavə bir qara ləkə kimi bu rejimin alnında qalacaq.

İrqçi fars-molla rejiminin bu yanaşması göstərdi ki, Azərbaycanı müstəmləkə etmiş fars rejimi Azərbaycanla bağlı hətta ekoloji problemin gündəmə gətirilməsinə də dözüm sərgiləyə bilmir. Bu isə məntiqi olaraq bu rejimin təkcə Azərbaycanın özü və millətinə deyil, Azərbaycana aid təbiətə də qanlı düşmən olduğunu sübut edir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi fars-molla rejimin Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndinə hücumu və əhalini həbs edib, onları təcavüzlə hədələməsini kəskin şəkildə qınayır və Güney Azərbaycanın bütün problemlər və məhv olmaqdan yeganə qurtulma yolunun müstəqillik olduğunu düşünür. GADTB bu istiqamətdə Azərbaycan Türk Millətini birliyə və mübarizəyə çağırır.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …