Çərşənbə , Fevral 21 2024
azfa

GADTB-nin İranın Təbrizdə Ermənistan konsulluğu açması ilə bağlı bildirişi

GADTB: İrqçi fars-molla rejimi sırf Azərbaycan Respublikası və Güney Azərbaycana yaşayan Azərbaycan Türk Milləti ilə düşmənçilik niyyəti ilə Ermənistana Təbrizdə konsulluq açmağı qarşıya məqsəd qoyub. Sözsüz ki, Ermənistanı Təbriz və Güney Azərbaycanla bağlayacaq heç bir bağ mövcud deyildir və İran dövlətinin bu cəhdi sırf onun Antiazərbaycan siyasətindən xəbər verir. 

Əslində bu İranın irqçi fars hakimiyyətinin ilk belə qərəzli yanaşması deyil. İrqçi fars-molla rejimi riyakarlıla özünü müsəlmanların himayədarı kimi qələmə versə də, əslində Azərbaycana qarşı Xocalı soyqırımı törətmiş erməni işğalçılarını daim dəstəkləyib. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun qalib gəlib öz ərazilərini azad etməsi isə İranı o dərəcədə qəzəbləndirdi ki, artıq öz mahiyyətini gizlədə bilməyib iç üzünü açmışdır. İran rejimi bu istiqamətdə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləyən azərbaycanlı fəalara da divan tutub, onlara qarşı ağır həbs cəzaları vermişdir. Molla rejimi Ermənistanı Azərbaycana qarşı silahlandırmaqla yanaşı, Zəngəzur dəhlizinin baş tutmaması üçün əlindən gələni edib. Bu istiqamətdə Qafanda öz konsulluğunu açan molla rejimi son olaraq Azərbaycanın ürəyi olan Təbrizdə erməni konsulluğu açmaqla bir daha özünün Antiazərbaycan və antitürk mahiyyətni təsdiqləmiş olacaq. Lakin molla rejiminin bu qərəzli cəhdləri heç bir müsbət nəticə verməyəcək və ermənilərin alətə çevrilməsi molla rejiminə heç bir şey qazandıra bilməyəcək.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İranın Azərbaycanın göz bəbəyi olan Təbrizdə Ermənistana konsulluq açmasını pisləyərək, Azərbaycan və Türkiyəni, eləcə də türk millətini İranın fars-molla rejiminin antitürk və düşmən xislətini düzgün dəyərləndirməyə çağırır. GADTB həmçinin irqçi fars-molla rejimini də bundan artıq iyrənclik edib, Azərbaycanla düşmənçilik etməməsi üçün uyarır. İranın molla rejimi unutmasın ki, cızığından çıxıb Azərbaycana qarşı hər hansı iyrənc niyyətdə bulunsa bütün Güney Azərbaycanı öz qarşısında görəcək.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …