Bazar , Sentyabr 19 2021
azfa

GADTB-nin Türkiyədə PKK terror təşkilatının törətdiyi meşə yanğınları ilə bağlı bildirişi

GADTB: Türkün düşmanı olan PKK terror təşkilatı və onun himayədarları insanlığın, canlıların və təbiətin də qəddar düşmənidır. Bu gün Türkiyənin 17 vilayətində 60-a yaxın ərazidə təbiəti, canlıları və günahsız insanları məhvə aparan meşə yanğınlarının törədilməsi Türkün düşməninin nə qədər vəhşi, cinayətkar və yırtıcı terrorçular olduğunu göz önünə sərməkdədir.

İstər yanğınları törədən PKK terrorçuları, istərsə insanlıq düşməninə çevrilən Yunanıstan, Ermənistan və sair PKK terror təşkilatı himayəçiləri bəşəriyyətə və təbiətə qarşı törədilən bu dəhşətli cinayətlərin ortağıdırlar.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkün haqq mövqeyinin yenə qalib gələcəyinə inanaraq hər zaman olduğu kimi Türkiyənin yanında olduğunu bildirib və belə insanlıq dışı terror və cinayətləri qınayır. Qəsdən təbiəti, meşələri, müxtəlif canlıları və günahsız insanların məhvinə səbəb olan yanğınları törətmək güclü Türk dövləti və millətini sarsıda bilməz. Bu yalnız Türk düşmanlarının vəhşi, cinayətkar və terrorçu sifətlərini göz önünə sərir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …