Bazar , Sentyabr 19 2021
azfa

GADTB-nin Türkiyədə qəsdən törədilən meşə yanğınları ilə bağlı bildirişi

GADTB: Türkiyədə qəsdən törədilən meşə yanğınlarında qardaş ölkəyə dəstək olmaq üçün Quzey və Güney Azərbaycan Türkiyə dövləti ilə həmrəylik nümayiş etdirir. Quzey və Güney Azərbaycanda Azərbaycan Türk Milləti sosial şəbəkələrdə Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədilə, fidan əkilməyindən tutmuş müxtəlif formalarda mənəvi dəstək ifadə edib, Türkiyədə bir ağacın yanmasını özlərinin ürəkləri, canlarının yanması kimi ifadə edirlər.

Azərbaycan Respublikası isə qardaş Türkiyəyə göndərilən yanğınsöndürən təyyarə, helikopterlər, yanğınsöndürən maşınlar və texnikadan əlavə çoxsaylı canlı qüvvəni yardıma göndərmişdir. Bu isə əməldə “bir millət iki dövlət” deyiminin həyata keçdiyini  bir daha nümayiş etdirdi. 

Türkün gücü və həmrəyliyi yanğınları törədən PKK terrorçuları, eləcə də insanlıq düşməninə çevrilən Yunanıstan, Ermənistan və sair PKK terror təşkilatı himayəçilərini nəticə çıxarmağa səsləyir. Bəşəriyyətə və təbiətə qarşı törədilən bu dəhşətli cinayətləri ilə türkün səbirını sınmasınlar. Onlar insanlıq dışı cinayətləri ilə ancaq öz vəhşi və cinayətkar xislətini dünyaya nümayiş etdirirlər.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkün haqq mövqeyinin yenə qalib gələcəyinə inanaraq hər zaman olduğu kimi Türkiyənin yanında olduğunu bildirib və belə insanlıq dışı terror və cinayətləri qınayır. Bir daha Türkiyə və böyük Türk millətinə başsağlığı verib, tezliklə bu acının da keçəcəyinə ümid edirik.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının …

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti …