Çərşənbə , Noyabr 11 2026
azfa

GADTB-nin Türkiyənin yük təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Türkiyə Cümhuriyyətinin yük təyyarəsinin Gəncədən qalxıb və Gürcüstanda qəzaya uğraması münasibəti ilə Türkiyə dövlətinə, Türk Millətinə və şəhid olan hərbçilərin ailələri və yaxınlarına başsağlığı verir.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başsağlığı mesajının bir hissəsində deyirlir: “Türkiyə Cümhuriyyətinin yük təyyarəsinin Gəncədən qalxıb və Gürcüstanda qəzaya uğraması və Türk hərbçilərin həyatını itirməsi bizi də üzdü. Türkiyə Dövlətinə və Türk Millətinə dərin hüznlə başsağlığı verib, şəhidlərimizə tanrıdan rəhmət diləyir və onları əzizləri və yaxınlarına səbr diləyirik.”

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …