Bazar ertəsi , İyul 26 2021
azfa

Gecə boyu əl-Əhvazda etirazlar davam edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, gecə boyu əl-Əhvazın müxtəlif şəhərlərində ərəblərin İran rejiminin müstəmləkə siyasətinə qarşı etirazları davam edir.

Xəfaciyədə (Susəngird) etirazçılar İranın şəhərdə müharibə dövründən saxladığı tankı odlayıblar.

Əhvazda etirazçılar İranın irçi rejiminə qarşı şüarlar səsləndiriblər.  

İzə şəhərində də etirazlar davam edib. Həmin şəhərdə rejimin qüvvələrinin açdığı birbaşa atəş nəticəsində Məhəmməd Əbdullahi adlı gənc həyatını itirib.

Mühəmmərə şəhərində də etirazlar davam edib. Etirazçılarla rejimin qüvvələri arasında ciddi toqquşma baş verib. Silahsız gənclər qaniçən Xamenei rejiminin bir neçə məmurunun silahlarını əllərindən alıblar.

 Etirazları yatırmaq üçün onlara qarşı gözyaşardıcı qaz və bəzən güllələrdən istifadə edirlər.

Əl-Əhvazda etirazlar genişlər. Etirazçı lorlar Ramhormuz-Behbəhan yolunu bağlayıblar.

Həmçinin yoxlayın

İran rejimi Ərdəbildə Pərviz Siyabini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycan şəhərlərində azərbaycanlı milli …

Güney Azərbaycanın siyasi təşkilatlarının 24 iyul etirazları ilə bağlı bəyanatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi təşkilatları və qurumları iyulun 24-də …