Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Gizli hücuma keçən rus ordusu darmadağın edildi; 1500 hərbçi öldürüldü, 50 hərbi texnika vuruldu

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya ordusunun Lisiçansk şəhəri ətrafında ciddi itkilər verdiyi məlum olub.

Ötən həftə ruslar şəhəri mühasirəyə almaq üçün Donets çayını keçməyə cəhd göstəriblər. Ruslar əraziyə od vurub tüstü yaradaraq, peyk görüntülərinin və PUA-ların hədəfindən yayınmağa cəhd göstəriblər. Lakin ukraynalı hərbçilər texnikaların səsini müəyyən edərək, hücum ediblər.

Nəticədə onların hücumu uğurlu alınıb. Rusların Donets çayı üzərində qurduğu müvəqqəti körpü dağıdılıb. Rusiyanın 50-yə qədər texnikası sıradan çıxıb. Bu hücumda rusların 1500-ə qədər itki verdiyi irəli sürülür.

Həmçinin “Azov” alayının Mariupolda rusları məhv etdiyi bildirilir.

“Genişmiqyaslı müharibənin 78-ci günündə, tam mühasirə şəraitində, son dərəcə çətin vəziyyətə, sursat çatışmazlığına və çoxlu sayda yaralıya baxmayaraq, “Azov” alayının döyüşçüləri “Azovstal” zavodunda düşməni əvvəllər ələ keçirdikləri mövqelərdən darmadağın etməkdə davam edirlər”. Bu barədə Ukrayanın Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərindəki “Azov” alayının son paylaşımında bildirilir. 

Qeyd olunub ki, Mariupolun müdafiəçiləri düşmənin daim təyyarə, dəniz və artilleriya, tank və digər silahlardan istifadə etməsinə baxmayaraq, mümkün olmayanı edərək düşmən mövqelərinə hücum edir.

“Əsgərlərimizin Ukrayna uğrunda və şəxsi heyətin həyatının qorunması uğrunda mübarizəsi hər şeyə rəğmən davam edir”, – deyə “Azov” bəyan edib.

Ukrayna hərbçilərinin Rusiyaya məxsus daha gəmini vurduğu da bildirilir. Bu barədə Odessa Regional Administrasiyasının rəsmi nümayəndəsi Sergey Bratçuk məlumat verib.

Onun sözlərinə görə, yanan gəmi Sevastopola yön alıb.

Ukrayna mediası anonim mənbələrə istinadən yazır ki, gəmi Neptun raketləri ilə vurulub.

Rusiya hərbçiləri Vsevolod Bobrov ətrafındakı vəziyyəti şərh etməyiblər.

Qeyd edək ki, “Vsevolod Bobrov ” logistika dəstək gəmisidir və 2016-cı ildə suya buraxılıb.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …