Cümə axşamı , Aprel 25 2024
azfa

Gözü əməliyyatı keçirən azərbaycanlı Siyasi məhbus Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 9-da Tehranın “Fəşafuyə” zindanından tibbi məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşinin tibbi məzuniyyət müddəti həkim arayışı əsasında məzuniyyət müddəti daha 15 gün uzadılıb.

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi dünən özünün sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

Fərşi əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir həftə uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci şöbəsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini yazıb.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus yanvarın 27-də ayağında elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və  gözündən əməliyyat olunub.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Azərbaycan və Qırğızıstan Prezidentləri Ağdamda Pənahəli xanın sarayını ziyarət etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti …

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …