Şənbə , Aprel 20 2024
azfa

“Guardiyan” İngiltərənin Qarabağ döyüşlərində Azərbaycan Ordusundan dərs götürdünü yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun Dağlıq Qarabağda Ermənistan hərbi birləşmələrinə qarşı əldə etdiyi misilsiz qalibiyyətdən sonra Britaniya hərəkətə keçib.

Birləşmiş Krallıq yeni silahlı pilotsuz uçuş aparatları proqramına start verəcək.

“Guardian”ın xəbərinə görə, müdafiə sənayesi rəsmiləri Azərbaycan Ordusunun qələbəsində Türkiyə istehsalı PUA-ların önəmli yer tutduğuna inanır.

Müdafiə Nazirliyi mənbələri bildirir ki, silahlı PUA-ların geniş yayılmasının riskləri haqqında xəbərdarlıqlara rəğmən, Britaniya 2021-ci ilin əvvəllərində açıqlanacaq 5 illik müdafiə büdcəsinin bir parçası olaraq özünün daha ucuz PUA-larına sahib olmaq istəyir.

Xəbərdə “Baykar Bayraktar TB2”nin 150 kilometrə qədər mənzilə sahib olduğu, havada 24 saat qala bildiyi vurğulanıb. Əlavə olaraq, bu PUA-ların digər ölkələrinkinə nisbətən ucuz olması döyüş zamanı onlardan bir neçəsinin itirilməsinin riskə gedilə biləcəyi qeyd edilib.

Krallıq Silahlı Qüvvələri İnstitutunun professoru Maykl Klark bildirib ki, Azərbaycanın PUA-lardan istifadəsi zəfərdə həlledici olub.

Qeyd edək ki, İngiltərənin Müdafiə naziri Ben Ualles 11 dekabrda verdiyi açıqlamada Türkiyənin yeni nəsil PUA-larını nümunə göstərmişdi.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın