Günahsız olmasına dair danılmaz faktlar təqdim edilən azərbaycanlı alim edamla üz-üzə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı alim və həkim Əhməd Rza Cəlalinin günahsız olmasına dair dabılmaz afktların təqdim edilməsinə dair yenə eddamla üz-üzə olduğu bildirilir.

Cəlalinin həyat yoldaşı Vida Mehranniya edam cəzasına məhkum olan azərbaycanlı həkimin bu hökmə etirazından il yarım keçməsinə baxmayaraq, müvafiq qurumlar cavabdehlikdən boyun qaçırdığını deyir.

Onun sözlərinə görə, həyat yoldaşının günahsızlığını sübut edən dəlillərin məhkəmə orqanına təqdim edilməsinə baxmayaraq, ədalətsiz qərar hələ də qüvvədə qalır və İran-İsveç vətəndaşı olan həkim edam təhlükəsi ilə qarşı-qarşıyadır.

Mehranniya qeyd edib ki, heç bir rəsmi şəxs nə ona, nə də Cəlalinin vəkillərinə cavab verir:

“Halbuki məhkəmə rəsmilərinin bir çoxu, hətta təhlükəsizlik orqanları onun günahsızlığına və çıxarılan edam hökmünün yanlış olduğuna əmindirlər. Səhvin qəbul edilməsinə baxmayaraq, ədalətin bərpasından boyun qaçırılır”.

Mehranniya “Amerikanın Səsi”nə verdiyi müsahibədə həyat yoldaşının immunitet çatışmazlığı və qan azlığından əziyyət çəkdiyini bildirərək qeyd dib ki, bu xəstəliklər Cəlalinin İran həbsxanalarında yayılan koronavirus infeksiyasına yoluxma riskini artırır:

“Bu günə kimi İran rəsmiləri Cəlali və vəkillərinin, eləcə də BMT İnsan Haqları Şurasının onu məzuniyyətə göndərmək barədə tələblərinə cavab verməyib”.

Həbsxananın sanitar-gigiyena vəziyyətinin çox zəif olduğunu deyən Mehranniya bildirib ki, koronavirusun geniş yayıldığı həbsxanada onun yeganə şansı hazırda yüksək təhlükəsizlik şəraitində, tam təcrid edilmiş vəziyyətdə saxlanılmasıdır”.

Qeyd edək ki, Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq, “İsrail casusu” ittihamı ilə həbs olunub. Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Xatırladaq ki, martın 9-da İran rəsmiləri koronavirus səbəbindən 70 min məhkuma məzuniyyət icazəsi verdiyini bəyan edib. Lakin onlar arasında nə güney azərbaycanlı milli-mədəni fəallar, nə də siyasi, ictimai və insan haqları fəalları, eləcə də xarici vətəndaşlar yoxdur.

Daha öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo İranda məhkumluq həyatı yaşayan vətəndaşların, eləcə də amerikalıların azadlığa buraxılmasını tələb edib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın