Cümə axşamı , Aprel 30 2026
azfa

“Güney Azərbaycan 44 günlük Qarabağ savaşı dövründə” kitabı Türkiyədə çap edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan milli fəal və mühacirətdə yaşayan insan haqları müdafiəçisi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sözçüsü Məhsa Mehdilinin “Güney Azərbaycan 44 günlük Qarabağ savaşı dövründə” adlı kitabı işıq üzü görüb.

M.Mehdilinin “Güney Azərbaycan 44 günlük Qarabağ müharibəsi dövründə” adlı kitabı Azərbaycan Respublikasında da çap edilib.

Kitabda 44 günlük Qarabağ savaşı dövründə Güney Azərbaycanda Azərbaycan türklərinin məsələyə yanaşmaları, reaksiyaları və aksiyalarına yer verilib.

Kitabın yeni nəşrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Arazı ayırdılar” şeirini oxumasından sonra Güney Azərbaycanda əhali arasında onun təsiri, İran rəsmiləri və mediasının münasibəti əks etdirilib.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …